Evdən çıxanda çimmək yaxşıdır, yoxsa yatmazdan əvvəl? - Həkimdən xəbərdarlıq
Bir çox insan səhər evdən çıxmazdan əvvəl duş qəbul etməyi üstün tutur. Mütəxəssislər isə bu mövzuda xəbərdarlıq edir.
meqale.com xəbər verir ki, bir qisim insan yatmazadan əvvəl duş qəbul etməyə üstünlük verir. Həkimlər hesab edir ki, axşam evə gəldikdən sonra çimmək sağlamlıq baxımından daha faydalıdır.
Bu barədə həkim Araqona Cüzeppe "Glamour"a danışıb.
"Gecə duşlarının əsas faydası odur ki, gün ərzində bədəniniz və saçınız havada olan allergenləri və qıcıqlandırıcıları, xüsusən də yay aylarında polen, kimyəvi maddələri və tərdən qaynaqlanan kir və bakteriyaları toplaya bilər. Buna görə də çimmədən yatmağa getsəniz, bütün bunlar yatağınıza və pastellərinizə keçəcək. Bu, sadəcə çirkli pastel dəstlərinizi və gecə allergenlərini təhrik etməklə kifayətlənməyəcək, eyni zamanda aşınmış və quru dəriyə səbəb olacaq. Bundan əlavə, çirklənmiş pastellər və yastıq üzlərinin də səbəb olduğu yağ və çirk üzdə sızanaq yarada bilər".