Evddə “qızıl yetişdirmək” artıq mümkündür: Bəzi bitkilər qızıl istehsal edirmiş

Elmi dairələrdə uzun müddət xəyal kimi görünən bir fikir gerçəyə çevrilib: bəzi bitki və göbələk növlərinin torpaqdakı qızılı nano-hissəciklər formasında öz bədənlərində topladığı müəyyən edilib. "Fitomineraj" adlanan bu bioloji proses həm ətraf mühiti qoruyan, həm də gələcəyin davamlı mədənçilik texnologiyası kimi qiymətləndirilən bir üsuldur.

meqale.com xəbər verir ki, xüsusilə qızıl yataqları üzərində yetişən bəzi bitkilər yarpaq və gövdələrində mikroskopik qızıl hissəcikləri daşıya bilir. Bu üsulun ən maraqlı tərəfi isə onun ev şəraitində belə sınaqdan keçirilə bilməsidir. Beləliklə, fitomineraj həm ekoloji cəhətdən təmiz mədənçilik üçün, həm də evdə aparılan kiçik təcrübələr üçün yeni perspektiv yaradır.

Mütəxəssislərin sözlərinə görə, Brassica juncea (hind xardalı) kimi bitkilər torpaqdakı metalları sürətlə udur və nəzarətli şəraitdə rahat yetişdirilə bilir. Bəzi göbələk növlərini isə metal birləşmələrini qızıl nano-hissəciklərinə çevirmə qabiliyyətinə malik olduğu aşkarlanıb.

Fitomineraj üsulu yalnız gizli qızıl yataqlarının müəyyən edilməsində deyil, həm də çirklənmiş torpaqların təmizlənməsi və ev şəraitində təcrübə məqsədli metal istehsalı sahəsində böyük potensiala malikdir. Alimlər gələcəkdə genetik cəhətdən təkmilləşdirilmiş bitkilər vasitəsilə kommersiya miqyasında qızıl və digər qiymətli metalların istehsalının mümkün olacağını bildirirlər.