"Ethem"qocalar evinə yerləşdirildi - Arvadı öldü, evini sökdülər... - FOTO
Türk teatrının tanınmış siması, "Cənnət Mahallesi" filmindəki "Ethem" obrazı ilə tanınan aktyor Zihni Göktay həyatında ağır bir dönəmlə gündəmə gəlib.
meqale.com xəbər verir ki, məlumata görə, sənətçi həm evsiz qalıb, həm də tək olduğundan qocalar evinə yerləşdirilib. 79 yaşlı aktyor 3 il əvvəl həyat yoldaşı Sevinç Göktayını itirdikdən sonra dərin kədər yaşayıb. Bu itkinin ardından çətin günlər keçirən Göktay bir müddət sonra daha bir sarsıdıcı problemlə üzləşib.
Fənərbağçada yaşadığı evin sökülməsi səbəbindən o, yaşadığı yeri tamamilə itirib. Evsiz qalan sənətçi bundan sonra həyatını qocalar evində davam etdirmək qərarına gəlib.
Sənət dünyasının böyük hörmət bəslədiyi Zihni Göktayın bu vəziyyəti həm pərəstişkarlarını kədərləndirib.