Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı

Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sinxron şəkildə həyata keçirir.

Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı
Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sinxron şəkildə həyata keçirir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Zəfərdən sonra bölgədə sülh küləkləri əsir və Türkiyə olaraq biz bundan məmnunuq.

"Qarabağda yollar, tunellər, kənd təsərrüfatı layihələri və mənzil tikintisi getdikcə artır. Biz də bu prosesdə Azərbaycana lazımi töhfələri veririk", - deyə Türkiyə prezidenti əlavə edib.

meqale.com