Elm və Təhsil Nazirliyi bu kitaba qadağa qoyub
Elm və Təhsil Nazirliyi D. Deyl Karneginin "Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli" kitabının məktəb kitabxanalarına daxil edilməsinə qadağa qoyub.
meqale.com xəbər verir ki, bu barədə "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat verib.
Xuduoğlunun sözlərinə görə, Qərar nazirlik yanında fəaliyyət göstərən komissiya tərəfindən qəbul olunub.
Naşir bu addımı "qəribə, izahı çətin və yeniyetmə qızlara qarşı ədalətsiz yanaşma" adlandırıb:
"Karneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir. Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Mən əminəm ki, Təhsil Nazirliyində çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar. Bəs indi nə baş verdi? Bu qadağa niyə və hansı məntiqlə tətbiq olunur?", - deyə o bildirib.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərilib.