"Sədərək" istiqamətində yolda dəmirlər var - Təkərləri partladır

Bakı Dairəvi Yolunun "Sədərək" istiqamətinə gedən hissəsində dəmir arakəsmələr kəsildikdən sonra yol üzərində qalıb.

Bakı Dairəvi Yolunun "Sədərək" istiqamətinə gedən hissəsində dəmir arakəsmələr kəsildikdən sonra yol üzərində qalıb.

meqale.com xəbər verir ki, bu qalıqlar avtomobillərin təkərlərinə ciddi zərər vurur və sürücülər üçün təhlükə yaradır.

Sürücülər bildirib ki, xüsusilə gecə vaxtı yol qaranlıq olduğundan qalan dəmirləri görmək çətin olur və bu, qəzaların baş vermə riskini artırır.

Sürücülər aidiyyəti qurumlardan xahiş edirlər ki, təhlükəli qalıqları təmizləsinlər və yolun normal hərəkət üçün təhlükəsiz vəziyyətə gətirilməsini təmin etsinlər.   

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən meqale.com-ın sorğusuna cavab olaraq bildirilib ki, bu günə qədər bu yolla bağlı hansısa şikayət xarakterli müraciət daxil olmayıb:

"Məlumat verilib və həmin əraziyə baxış keçiriləcək. Əgər problem varsa, onun aradan qaldırılması istiqamətində addımlar atılacaq".