Dəfndə vağzalı səsləndirilməsi nə dərəcədə doğrudur? - AÇIQLAMA

Son günlərdə dəfn mərasimlərində musiqi səsləndirmək, xüsusilə rəhmətə gedən şəxsi vağzalı ilə yola salmaq cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bu yenilik insanlara həm emosional, həm də mədəni baxımdan təsir edir. 

meqale.com xəbər verir ki, məsələ ilə bağlı deputat Ceyhun Məmmədov bildirib ki, vağzalı adətən şad günləri simvolizə edir:

"Bu kimi musiqilərin yas, dəfn yerlərində ifa edilməsi düzgün deyil. Səbəb nə olursa olsun, yas mərasimləri toy adətləri ilə qarışdırmalı deyil. Əgər dəyərlər dəyişərsə, bu, gələcəkdə cəmiyyət üçün ciddi problem yarada bilər. Hər bir musiqinin özünəməxsus yeri var. Vağzalı isə gəlin köçərkən evlərdən səslənən musiqidir. Yas və toy islamda bir-birindən kəskin şəkildə fərqlənir. Buna görə də bu kimi musiqilərin səsləndirilməsi mənəvi baxımdan düzgün deyil. Həmçinin, islam dininə də ziddir". 

Deputat qeyd edib ki, bu kimi hallar dünyasını dəyişən insanın ruhuna da əziyyət verir:

"Çünki o, bizim etdiklərimizi, danışdıqlarımızı duyur. Heç bir insan istəməz ki, vağzalı ilə son mənzilə yola salınsın. Ənənəyə görə, bizlər ölülərimizi Quran oxuyaraq yola salmışıq". 

Qeyd edək ki, yaslarda toy musiqilərinin oxudulması sadəcə sosial və mədəni ənənələrin deyil, həm də dini dəyərlərin pozulması kimi qiymətləndirilə bilər.