Bakıda gecə müəmmalı görüntü - VİDEO
Bakıda gecə müəmmalı görüntü lentə alınıb.
meqale.com xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərin gecə səhərə yaxın saatlarda çəkildiyi qeyd edilib.
Bildirilir ki, tornadoya bənzəyən görüntü diqqət çəkib.
Videonu çəkən şəxsin iddiasına görə kadrlar Binəqədidən çəkilib və təxminən Nəsimi metrosu istiqamətinə uyğun gəlir.
Video birmənalı qarşılanmayıb, bəziləri yaranan görüntünü hansısa restoranın projektorunun kölgəsi kimi dəyərləndirib.