Danimarkada İraq səfirliyi qarşısında Quran yandırıldı

Bu gün Danimarkanın paytaxtı Kopenhagendə İraq səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Danimarkada İraq səfirliyi qarşısında Quran yandırıldı
Bu gün Danimarkanın paytaxtı Kopenhagendə İraq səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, aksiya zamanı iki etirazçı Qurani-Kərimi yandırıb.

Həmçinin, "Danimarka Patriotları" adlanan qrup üzvləri səfirliyin önündə İraq bayrağını tapdalayıblar.

Qeyd edək ki, son aylarda Danimarka və İsveçdə bir neçə Qurani-Kərim yandırılıb.