"WhatsApp"da nömrəsiz əlaqə dövrü başlayır

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan Vatsap yeni funksiyasını təqdim edib.

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan Vatsap yeni funksiyasını təqdim edib.

meqale.com xəbər verir ki, artıq istifadəçilər bir-birini ləqəb (nik) vasitəsilə tapa biləcəklər. Beləcə, şəxsi telefon nömrəsini paylaşmadan zəng etmək və yazışmaq mümkün olacaq.

Bu yeniliyin əsas məqsədi - məxfilik səviyyəsini artırmaq və əlaqə qurma prosesini sadələşdirməkdir.

Məlumata görə, funksiyanın iş prinsipi "Telegram" platformasındakı analoji xüsusiyyətə bənzəyir və yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcək.