Bakı-Quba yolunda yük avtomobili piyadanı vurub öldürdü

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Quba yolunda yük avtomobili piyadanı vurub öldürdü
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, Orxan Xuduyevin idarə etdiyi yük avtomobili yolu keçən piyadanı vurub.

Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başladılıb.