Çempionlar Liqası: “Qalatasaray”ın potensial rəqibləri bilindi
UEFA Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin püşkü atılıb.
meqale.com report-a istinadən bildirir ki, Çempionlar yolu və Liqa yolunda bu raundun potensial cütləri müəyyənləşib.
Türkiyənin turnirdəki təmsilçisi "Qalatasaray"ın potensial rəqibi "Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya) cütünün qalibidir.
Çempionlar Liqası III təsnifat mərhələsi Çempionlar yolu "Rakuv" (Polşa) / "Qarabağ" (Azərbaycan) cütünün qalibi - "Aris" (Kipr) / BATE (Belarus) cütünün qalibi "Zrinski" (Bosniya və Herseqovina) / "Slovan" (Slovakiya) cütünün qalibi - "Şerif" (Moldova) / "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi AEK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) / "Astana" (Qazaxıstan) cütünün qalibi "Luduqorets" (Bolqarıstan) / "Olimpiya" (Sloveniya) cütünün qalibi - "Jalgiris" (Litva) / "Qalatasaray" (Türkiyə) cütünün qalibi "Breydablik" (İslandiya) / "Kopenhagen" (Danimarka) cütünün qalibi - "Sparta" (Praqa, Çexiya) "Klaksvik" (Farer adaları) / "Haken" (İsveç) cütünün qalibi - HİK (Finlandiya) / "Molde" (Norveç) cütünün qalibi
Liqa yolu "Braqa" (Portuqaliya) - TSÇ (Serbiya) "Reyncers" (Şotlandiya) - "Servett" (İsveçrə) / "Genk" (Belçika) cütünün qalibi "Dnepr-1" (Ukrayna) / "Panatinaikos" (Yunanıstan) cütünün qalibi - "Marsel" (Fransa) PSV (Niderland) - "Şturm" (Avstriya)
Qeyd edək ki, ÇL-də III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda keçiriləcək.