Daha bir BƏDBƏXT HADİSƏ - “Kamaz”ı arxaya verərkən həyat yoldaşını ƏZDİ
Sabirabadda sürücü yük maşınını arxaya verərkən arvadını vurub.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.
İlkin məlumata görə, sürücü idarə etdiyi "Kamaz" markalı yük maşınını arxaya sürərkən arvadı, 1977-ci il təvəllüdlü Nuriyeva Həbibə Böyükağa qızını vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Başından ağır tramvalar alan qadının Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.