Ceyhun Bayramov Özbəkistana işgüzar səfər edib
14 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən meqale.com-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun