"Cəsarətli" Paşinyanın sülh "qorxusu"

Bir müddətdir ki, Paşinyan hakimiyyəti Rusiyanı xəyanətdə günahlandırır. 44 günlük müharibədən sonra yaranan bu ittihamlar Xankəndindəki separatçı rejimin mövcudluğuna son qoyulandan sonra artaraq bir növ anti-Rusiya təbliğatına çevrilib. Demək olar ki, İrəvanda hakimiyyətdə olan hər kəs Ermənistanın Rusiya ilə münasibətindən narazıdır. Onlar münasibətlərin tamamilə bitməsini istəyir. Bu məsələdə fikir formalaşmasında Fransanın, xüsusən də Makronun rolu böyükdür. Makronun İnsan Hüquqları Bəyannaməsinin yubileyinə həsr olunmuş tədbirdə çıxış edərkən "Bu qərarı qəbul etmək cəsarət tələb edir" ifadəsini işlətməsi də bunu deməyə əsas verir.

Fransanın Rusiyanın regiondakı mövqeyini zəiflətmək istəməsi heç kəsə sirr deyil. Məlumdur ki, Fransa bu yolda Ermənistandan istifadə edir. Onlar Ermənistanı silahlandıraraq bölgədəki vəziyyəti gərginləşdirməklə yanaşı ermənilərə dəstəyini də nümayiş etdirmiş olur. Eləcə də, Fransa Cənubi Afrika iqlimi üçün istehsal edilmiş texnikaları əldən çıxardır.

Ermənistan ABŞ ilə birgə hərbi təlim keçirir, Avropa İttifaqının müşahidə və monitorinq missiyası (EUMM) ölkədə fəaliyyət göstərir, Fransa və Hindistandan hərbi texnika alır, Britaniya ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayır, Fransa səfirliyində hərbi attaşe postu yaradılır və konsulluq təsis olunur. Sadalanan proseslər göstərir ki, qarşı tərəf sülhdən yayınır.

Sülh prosesinin müəyyən hissəsi tamamlanıb. Azərbaycan müharibədən sonra "güzgü prinsipi" tətbiq edir: Laçın varsa, Zəngəzur olmalıdır, Qarabağa ermənilər qayıdırsa, Ermənistana da azərbaycanlılar qayıtmalıdır. Bu fikirlər erməni siyasi şərhçi Vigen Akopyanın nitqində yer alıb. O düşünür ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistana daxil olsa, bir daha oranı tərk etməyəcək. Guya bu ərazilərdə "Azərbaycan Ermənistanı" olacaq, yəni "Kıbrıs-2" yaranacaq.

Rəsmi Bakının isə mövqeyi qətidir. Ötən gün Ceyhun Bayramovun Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı da bunu deməyə əsas verir. Nazir ədalətli sülh təklifimizi bir daha təkrarladığımızı bildirib, o, ikitərəfli əsasda və ya hər hansı qərəzsiz və neytral üçüncü tərəfin vasitəçiliyi ilə işləməyə çağırış edib. Nazir Ermənistandan qarşılıqlı səmimi fədakarlıq gözlədiyimizi söyləyib.

İslam meqale.com