Çempionlar Liqası: "Qarabağ" "Çelsi" ilə oyunda növbəti xalını qazanıb - YENİLƏNİB - VİDEO

23:40 "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb.

Çempionlar Liqası:
23:40 "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb.

meqale.com-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" kollektivinin qonağı olacaq.

----------- 53-cü dəqiqədə Alexandro Qarnaç "Çelsi"nin bərabərlik qolunu vurur.

---------- Yankoviç 38-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirir.

--------- Kadi Borges 27-ci dəqiqədə hesabı bərabərləşdirdi. ----------- Çelsi hesabı açdı. Estevao 17-ci dəqiqədə hesabı açır.

-----------

Komandaların start heyətləri açıqlanıb.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Çelsi": Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia.

--------- "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

meqale.com xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Görüşün baş hakimi Sebastian Gishamer olacaq. Ona Roland Riedel və Santino Schreiner kömək edəcəklər. Dördüncü hakim Valter Altmann, VAR-da hakimi Manuel Schuettengruber, AVAR-da isə Josef Spurny olacaq.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Atlılar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.