Cavanşir Məmmədovun yalan danışdığını açıqladı - VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin eks-sevgilisi olduğunu iddia edən Kemal Mustafa "Təsir dairəsi" verilişinə çıxaraq kömək istəyib.

meqale.com axşam.az-a istinadən bildirir ki, müğənni Mustafanın ona və əmlakçıya külli miqdarda borcu olduğunu deyib.

Ev alqı-satqısı ilə məşğul olan Füzuli adlı şəxs telefonla studiyaya zəng edib və C.Məmmədovu yalan danışmaqda günahlandırıb:

"Mustafanı tanıyırdım, bir dəfə Cavanşir Məmmədovun evinə baxmağa getdik. Cavanşir müəllim dedi ki, Mustafa başıma oyun açıb. Mən də təklif etdim ki, barışdırım. Mustafa gəldi, evlərinə çıxdıq. Cavanşir müəllimin xanımı xoşagəlməz sözlər dedi və biz də durub getdik. Ora pul almağa, pul verməyə getmədik. Mənə həmin şəxsin borcu yoxdur. Niyə yalandan danışım. Onun kiməsə borcu varsa, mənlik deyil. Mən əmlakçıyam, mənə şəxsən borcu yoxdur".

C.Məmmədov isə "Sənin səs yazıların var. Deyirdin, 10 min manat borcu var" sözlərini deyərək, onu təhdid edib.

Aparıcı Lalə Azərtaş isə "Onu şantaş edirsiniz, belə etməyin" deyərək, müğənniyə etiraz edib.