"Cavanşir Məmmədov 100 manat təklif etdi ki..." - VİDEO
Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirənin eks-sevgilisi olduğunu iddia edən Kemal Mustafanın "Təsir dairəsi" verilişindəki qalmaqalı davam edir.
meqale.com axşam.az-a istinadən bildirir ki, proqramda studiyada oturanlardan biri müğənninin onlara pul təklif etdiyini iddia edib.
"Tamaşaçılara deyirdiniz ki, mənə tərəf danış, 100 manat verəcəyəm. Qorxurlar danışmağa. Hətta xanımlardan biri çıxanda dedi ki, 100 manatımı ver" deyə, qadın söyləyib.
Onun iddialarını yalan adlandıran ifaçı "Demişəm ki, haqqın tərəfin tutun" sözlərini söyləyib.
"Dediniz ki, burada 5-10 manata oturmayın" deyə, başqa bir qadın əlavə edib.
"Gözün gömgöydür, utan gözünün qarasından" deyə, C.Məmmədov qadını təhqir edib.