Bu sürücülər BMW-ni məhkəməyə verirlər
Niderlandlı avtomobil sahibləri BMW-ni məhkəməyə verəcəklər.
meqale.com xəbər verir ki, Niderland İstehlakçılar Assosiasiyasının məlumatına görə, iddia konsernin proqram təminatı ilə bağlıdır. Sahiblərin sözlərinə görə, BMW avtomobillərinin ekoloji cəhətdən təmiz olduğuna dair yanlış təsəvvür yaradıb.
Məlumata görə, avtomobil istehsalçısı dizel mühərrikli avtomobillərin test nəticələrini azot emissiyaları üzrə süni şəkildə aşağı göstərib. Bu göstəricilər sürücülərə avtomobillərin ətraf mühit üçün təhlükəsiz olduğu kimi təqdim olunub. Fondun araşdırmaları isə konsernin istehlakçıları yanıltdığını təsdiqləyib.