Bu ölkədə fil, begemot və zebralar ovlanacaq, əti insanlara paylanacaq: ŞOK SƏBƏB

Namibiyada fil, zebra və begemot da daxil olmaqla 700-dən çox vəhşi heyvan ovlanacaq.

Bu ölkədə fil, begemot və zebralar ovlanacaq, əti insanlara paylanacaq: ŞOK SƏBƏB
Namibiyada fil, zebra və begemot da daxil olmaqla 700-dən çox vəhşi heyvan ovlanacaq.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Namibiyanın Ətraf Mühit, Meşəçilik və Turizm Nazirliyi açıqlama verib.

Bildirilir ki, kəsilən heyvanların əti qida çatışmazlığı yaşayan insanlara paylanacaq.

Proqram çərçivəsində ovlanacaq heyvanlara 83 fil, 30 begemot, 60 camış, 50 impala, 100 mavi antilop və 300 zebra daxildir. Heyvanlar milli parklardan və daimi əhali sayına malik icma ərazilərindən seçiləcək və peşəkar ovçular tərəfindən ovlanacaq.

Proqramın məqsədi Afrikanın cənub-qərbində quraqlığın təsirini azaltmaq və heyvanların sayına nəzarət etməklə su ehtiyatlarına nəzarəti nizamlamaqdır.

Qeyd edək ki, Namibiya may ayında quraqlığın təsirləri artdığı üçün fövqəladə vəziyyət elan edib. Ölkə əhalisinin təxminən yarısı olan 1,4 milyon insanın ciddi ərzaq təhlükəsizliyi ilə üzləşəcəyi gözlənilir.