Boksçumuz Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Hambardzum Hakobyana qalib gəlib.

Boksçumuz Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib
Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Hambardzum Hakobyana qalib gəlib.

meqale.com Trend-ə istinadən bildirir ki, 21 yaşlı idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi ilə qarşılaşıb.

Görüş 80 kq çəkidə mübarizə aparan idmançımızın aşkar üstünlüyü ilə keçib. Hər 3 raundu xeyrinə bitirən M.Allahverdiyev yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

M.Allahverdiyev yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edib.