Bir qab sirkəni gecə boyu evdə saxlayın - səbəb

Bir çox insan evdəki xoşagəlməz qoxuları süni otaq spreyləri ilə yox etməyə çalışsa da, mütəxəssislər daha qənaətcil və təbii üsul olan gecə bir qabın içində ağ sirkəni otaqda saxlamağı məsləhət görürlər. Bu sadə üsul havadakı qoxuları sadəcə gizləmir, onları tamamilə yox edir.

meqale.com xəbər verir ki, sirkənin tərkibindəki sirkə turşusu (asetik asit) elmi şəkildə qoxuları zərərsizləşdirmə gücünə malikdir.

Sirkə havadakı qoxuya səbəb olan qələvi molekulları ilə reaksiyaya girərək onları neytrallaşdırır.

Xüsusilə ağır yemək, balıq və ya qızartma qoxularını yox etmək üçün sirkəni mətbəxdə sabaha qədər saxlamaq ən təsirli yoldur.

Soyuducuda qalan ağır qoxuları aradan qaldırmaq üçün də kiçik bir qabda sirkə yerləşdirmək məsləhət görülür.

Əgər sirkənin öz qoxusundan narahat olursunuzsa, mütəxəssislər bənzər bir effekt üçün soda (karbonat) istifadəsini də tövsiyə edirlər. Soda da sirkə kimi havadakı turşulu qoxuları özünə çəkərək mühiti təmizləyir.

Sirkə turşulu (asidik) quruluşda olduğu üçün bəzi səthlərə zərər verə bilər:

Mərmər və ya qranit səthləri dumanlı və mat hala sala bilər.

Parketlərin toxumasına zərər verə bilər.