Azərbaycanda su kanalından cadular tapıldı - VİDEO

Azərbaycanda çəkilən bir video sosial şəbəkələrdə böyük maraq və müzakirələrə səbəb olub.

Azərbaycanda su kanalından cadular tapıldı - VİDEO
Azərbaycanda çəkilən bir video sosial şəbəkələrdə böyük maraq və müzakirələrə səbəb olub.

meqale.com xəbər verir ki, görüntülərdə bir kişinin soyuq havaya baxmayaraq su kanalına girdiyi və ora atılmış çoxsaylı bağlı qıfılları sudan çıxardığı əks olunub. Kişi kanaldan topladığı  cadu niyyəti ilə atılmış qıfılları daha sonra açaraq nümayiş etdirib. Onun bu addımını izləyənlər bəyənib.

Sözügedən video qısa zamanda sosial mediada sürətlə yayılaraq müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər bunu maraqlı və cəsarətli addım kimi qiymətləndirib, digərləri isə təhlükəli olduğunu bildirərək tənqid ediblər.