Binəqədi Gənclər Şəhərciyində baş verən yanğın söndürüldü - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyindən meqale.com-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş yanğın qısa müddətdə söndürülüb.
"Hadisə ilə bağlı ətraflı məlumat veriləcək".
------------ Binəqədi Gənclər Şəhərciyində yaşayış binasında yanğın baş verib.
meqale.com xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.
Ölən və yaralananlar bağlı dəqiq məlumat yoxdur.