Biləcəri sakinləri evlərinin torpaqda batmasından şikayət edirlər
Bakı şəhərinin Biləcəri qəsəbəsində bir çox fərdi yaşayış evlərinin bünövrəsinin çökməsi sakinlər arasında təşviş yaradıb.
meqale.com xəbər verir ki, sakinlərin sözlərinə görə, evdə rahatlıqla otura bilmirlər, daim qorxu içində yaşayırlar:
"Yaxşı ki, bizi oyadıb çölə çıxartdılar. Gecə orada yatsaydıq, ölüb gedəcəkdik. Nəinki evdə yatmaq, həyətdə oturmaq belə olmazmış. Torpaqlar ovulub gedir".
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin evlər uzun illər əvvəl tikilib. Hazırda Tomris küçəsində çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlər davam etdirilir.