"Beşiktaş" onu da göndərdi
Türkiyənin "Beşiktaş" klubu norveçli futbolçusu Yunas Svenssonla yollarını ayırıb.
meqale.com-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.
Qeyd edək ki, Svensson 2023/2024 mövsümündən etibarən "Beşiktaş"ın formasını geyinirdi. Sağ cinah müdafiəçisi qısa müddət ərzində komandanın uğurlarında pay sahibi olub və klubla birlikdə Türkiyə Kuboku ilə Superkuboku qazanmağı bacarıb.