“Belə istedadsız aparıcını niyə saxlamısınız?”

ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalını və onun aparıcısı Cimmi Kimeli sərt tənqid edib.

“Belə istedadsız aparıcını niyə saxlamısınız?”
ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalını və onun aparıcısı Cimmi Kimeli sərt tənqid edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Tramp kanalı növbəti dəfə "saxta xəbərlər yayan media orqanı" adlandıraraq, telekanalın Kimeli efirdə saxlamasını anlaşılmaz qərar kimi qiymətləndirib.

Prezident qeyd edib ki, aparıcının nə yüksək reytinqi, nə də xüsusi istedadı var:

"Bu qədər aşağı reytinqə malik, istedadsız və qərəzli aparıcını niyə hələ də efirdə saxlamısınız? Bunu izah etmək mümkün deyil".

ABŞ lideri həmçinin iddia edib ki, Cimmi Kimel siyasi mövzulara qeyri-obyektiv yanaşır və onun efirdən uzaqlaşdırılması daha doğru addım olardı.

Qeyd edək ki, Donald Trampla Cimmi Kimel arasında qarşılıqlı tənqidi açıqlamalar uzun müddətdir davam edir.