Bayhan bir dəfəyə 3 kilo düyünü "əritdi" - “Survivor”dakılar ac qaldı

Bu il "Survivor" yarışmasında mübarizə aparan məşhurlar arasında yer alan Bayhan verdiyi qərarla sosial şəbəkələrdə gündəm olub.

Bayhan bir dəfəyə 3 kilo düyünü
Bu il "Survivor" yarışmasında mübarizə aparan məşhurlar arasında yer alan Bayhan verdiyi qərarla sosial şəbəkələrdə gündəm olub.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı yarış iştirakçılarına həftəlik ayrılan 4 kilo düyünün 3 kilosunu bir dəfəyə bişirib.

Bu addım sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Paylaşımlara "Maaşım köçən həftə mən" kimi zarafatla dolu şərhlər yazılıb.

Bildirilib ki, Bayhanın bu davranışı yalnız izləyicilərin deyil, komanda yoldaşlarının da narazılığına yol açıb və adada gərgin anlar yaşanıb.