Bakıdakı zəncirvari yol qəzası ilə bağlı açıqlama - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş vermiş zəncirvari yol qəzası ilə bağlı məlumat yayıb.

Bakıdakı zəncirvari yol qəzası ilə bağlı açıqlama - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş vermiş zəncirvari yol qəzası ilə bağlı məlumat yayıb.

meqale.com idarənin Mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən paytaxtın S.S.Axundov küçəsində "Azadlıq" metro stansiyasının çıxışında "Daewoo" markalı 10-TG-828 nömrə nişanlı avtobusun əyləcinin tutmaması səbəbindən yol nəqliyyat hadisəsi qeydə alınıb. Ölüm halı olmasa da, 9 avtomobilə maddi ziyan dəyib.

Bildirilib ki, son zamanlar istismara yararsız avtobus və mikroavtobuslarla sərnişin daşıma hallarına tez-tez rast gəlinir: "Yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək ağır qəzaların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki  şəxslərin bir daha diqqətinə çatdırır ki, reysqabağı avtobus və mikroavtobusların texniki vəziyyətinin yoxlanılmasını ciddi nəzarətdə saxlasılsın, xüsusən yay aylarında sürücülərin tibbi müayinəsinə və iş rejimlərinə nəzarət gücləndirilsin".