Bakıda bəzi ərazilərdə suyun verilişi dayandırıldı
Bakının Yasamal rayonunda suyun verilişində fasilələr yaranıb.
meqale.com oxuya istinadən xəbər verir ki, rayonun Zivər bəy Əhmədbəyov (Nizami metrosunun yanı) küçəsində artıq bir neçə saatdır su gəlmir.
Səbəb olaraq isə paytaxtın Səbail rayonu, Neftçilər prospektində (Azneft dairəsinin yanı) su xəttində qəzanın olması bildirilir.