Bakıda ağır yol qəzasında iki bacı yaralanıb
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com "report"a istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2011-ci il təvəllüdlü Beydullayeva Aytən və onun bacısı, 2014-cü il təvəllüdlü Beydullayeva Aylin xəsarət alıb.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.