“Bakı payızı-2023” istedadlar müsabiqəsi davam edir – vokalçılar öz məharətini nümayiş etdirdilər - FOTO
"Bakı payızı-2023" istedadlar müsabiqəsi davam edir. Layihə "Best Cast Talent Agency" & "Golden Arts entertainment", Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Baş sponsor - Nizami Boutique House. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.
Müsabiqə həftədə 2 dəfə - hər şənbə-bazar günləri AzTV kanalında saat 15:00-da yayımlanır, Mədəniyyət kanalında isə həmin günlər saat 23:00 -da təkrarlanır.
Oktyabr ayının 14-ü və 15-i vokal üzrə müsabiqənin 1-ci turunun növbəti yarışmaları baş tutdu. 45 vokalçıdan 18 ifaçı (9 iştirakçı şənbə günü və 9 iştirakçı bazar günü) mübarizəyə qatılaraq öz məharətini nümayiş etdirdilər.
Yekun nəticələrə görə toplanan xallar:
Dalila Fərraz-35 xal
Türkan Abbasova-44 xal
Jasmin-28 xal
Sərxan Şükürov-49 xal
İntiqam Allahverdiyev-50 xal
Lalə Zeynal-44 xal
Ələsgər Məmmədov-44 xal
Eldar Tahirov-47 xal
Yekaterina İsayeva-38 xal
Yusif İsmayılov-42 xal
Sabir Əliyev-44 xal
Sərvər Yılmaz-49 xal
Aliyə Əliyeva-65 xal
Natəvan Quliyeva-40 xal
Lalə Qafarova-42 xal
Aminəxatun Şirməmmədova-51xal
Rinat Alimov-45 xal
Leyla Quliyeva-49 xal
Efir
https://www.youtube.com/watch?v=mS4FIC4EIDY&t=3s
https://www.youtube.com/watch?v=fmB8YCq8AFw&list=PLsKCCa5cxsiv6c864fSevKMHPdhvRJWnf&index=2
Xatırladaq ki, 1-ci turda jürini xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, populyar müğənni İlqar Xəyal, əməkdar artist Emil Əfrasiyab və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva təmsil edirdilər.
Noyabrın 3-də saat 19.00-da Heydər Əliyev Sarayında "Bakı payızı-2023. 35 il sonra" layihəsinin qala-konserti keçiriləcək.
Bilet almaq üçün https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234