“Azercell” nömrəsi işlədənlərə XƏBƏRDARLIQ

Noyabrın 28-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində çətinliklərin yaranması mümkündür. 

“Azercell” nömrəsi işlədənlərə XƏBƏRDARLIQ
Noyabrın 28-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində çətinliklərin yaranması mümkündür. 

meqale.com xəbər verir ki, bu barədə "Azercell Telekom"un yaydığı məlumatda bildirilib. 

Qeyd edilib ki, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcək.

Amma bu çətinliklərin nə qədər davam edəcəyi və təkmilləşdirmə işlərinin nə vaxt bitəcəyi açıqlanmayıb.

Qeyd edək ki, "Azercell" xidmət keyfiyyətinin daha da artırılması adı ilə mütəmadi olaraq təkmilləşdirmə işləri aparır və hər dəfə sözügedən çətinliklərin yaranması qaçılmaz olur.