Azərbaycanlı tələbə ABŞ-də 55 min dollar təqaüd alacaq
Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi ABŞ-də doktoranturaya qəbul olub.
meqale.com oxuya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Belə ki, Arzu Alxanova Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsini 99,17 balla (tədris ingilis dili) bitirib. O, ABŞ-nin Şimali Karolina Dövlət Universitetinin birbaşa doktorantura səviyyəsinə, illik 55 min dollar ABŞ dolları məbləğində tam təqaüdlə qəbul olub.
Qeyd edək ki, Arzu Alxanova BMU-ya 611 balla daxil olub.