Azərbaycanlı reper Türkiyədə yenidən saxlanıldı
Azərbaycanlı reper Asya Əlizadə kliplərində narkotik vasitələrin təbliğatında şübhəli bilinərək mayda Türkiyədə saxlanılıb və daha sonra sərbəst buraxılmışdı.
meqale.com axşam.az-a istinadən bildirir ki, ifaçı ilə bağlı İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən kliplərində narkotik istifadəsini təşviq etmə iddiası ilə istindaq başladılıb. Bunun çərçivəsində İstanbul Polis İadrəsi Narkotiklə mübarizə şöbəsi Əlizadənin kliplərini analiz etməyə başlayıb.
Asyanın kliplərindən birində "narkotik kimi" ifadəsini işlətdiyi ortaya çıxıb. Polislər saxlanılma qərarı verilən Asyanı Ataşehir səmtindəki evindən nəzarətə alıblar. Əlizadə ifadə verdikdən sonra sərbəst buraxılıb. Daha sonra Asya xarici vətəndaş olduğu üçün ölkəsinə göndərilmək qərarı ilə göndəri mərkəzinə təslim edilib.