Azərbaycanla sərhəd rayonda yanğın başladı

Ermənistan-Azərbaycan sərhədində yerləşən Ermənistanın Tavuş mərzinin Berd (Tovuzqala) rayonunun Navur kəndinə bitişik meşəlik ərazidə yanğın başlayıb.

Azərbaycanla sərhəd rayonda yanğın başladı
Ermənistan-Azərbaycan sərhədində yerləşən Ermənistanın Tavuş mərzinin Berd (Tovuzqala) rayonunun Navur kəndinə bitişik meşəlik ərazidə yanğın başlayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, yanğının qarşısını almaq üçün bələdiyyə və icra strukturlarından 50-yə yaxın əməkdaş əraziyə cəlb olunub. Lakin havanın küləkli olması alovun yayılmasını sürətləndirir və söndürmə işlərini çətinləşdirir.

Qeyd olunur ki, alovun daha geniş ərazilərə yayılmaması üçün ərazidə fasiləsiz iş aparılır.