"Azərbaycanın Ermənistanla münasibətləri normallaşarsa, Türkiyənin də normallaşacaq"

Türkiyə və Azərbaycan arasında sarsılmaz bağlar var.

Türkiyə və Azərbaycan arasında sarsılmaz bağlar var.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın haqlı davasında yanında duraraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.

"Bundan sonrakı dövr sülhlə regionda sabitliyin başlanğıcı olmalıdır. Türkiyə olaraq regionda davaya, qarşıdurmaya gərək qalmadığını düşünürük. Bundan sonrakı yol sülhlə davam etdirilməlidir. Azərbaycan və Ermənistan arasında normallaşma olduğu zaman Türkiyə ilə də Ermənistan arasında normallaşma olacaq.