Azərbaycanda tanınmış şair vəfat etdi - FOTO

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Nizami Balaca oğlu Salmanov 68 yaşında dünyasını dəyişib.

Azərbaycanda tanınmış şair vəfat etdi - FOTO
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Nizami Balaca oğlu Salmanov 68 yaşında dünyasını dəyişib.

meqale.com oxuya istinadən xəbər verir ki, o dünən axşam saatlarında vəfat edib.

Məlumat üçün bildirək ki, N.Salmanov Lerikin Göydərə kəndində dünyaya göz açıb. BDU-nun hüquq fakültəsini bitirib. Polis orqanlarında işləsə də, poetik istedadı onu poeziyaya gətirib.

Şairin ilk şeirlər kitabı "Durnalar harayı" 1987-ci ildə çapdan çıxıb. Daha sonra onun "Mən bir payız mahnısıyam", "Mən də uçacağam tanrıya sarı", "Ömür kitabı" və s. adda şeir və nəsr əsərləri işıq üzü görüb.

Qeyd edək ki, şair ədəbiyyat qarşısındakı xidmətlərinə görə "Prezident mükafatı"na layiq görülüb.