"Azərbaycan SQ ilə tək yumruq olmağa davam edəcəyik"

Türkiyə Milli Müdafiə Nazirliyi 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Türkiyə Milli Müdafiə Nazirliyi 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında bildirilib.

"Azərbaycan Silahlı Qüvvələrinin 105-ci ili mübarək olsun. Azərbaycan türkü qardaşlarımzın hüzur və təhlükəsizliyi üçün fədakarlıqla xidmət edən Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Azərbaycanda 26 İyun - Silahlı Qüvvələr Günü kimi qeyd edilir.