Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ceyla Seyidovanın "Qış Tangosu" solo konserti keçiriləcək - VİDEO
7 dekabr 2025-ci il tarixində, saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının konsert zalında Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovanın "Qış Tangosu" solo konserti baş tutacaq.
Tədbir dünya şöhrətli bəstəkar Astor Piasollanın yaradıcılığına həsr olunub.
Konsert proqramında tamaşaçıları klassik və caz musiqisinin sintez olunduğu, yüksək peşəkarlıq və enerjili ifalarla zəngin axşam gözləyir. Səhnədə Ceyla Seyidovanı tanınmış musiqiçilər müşayiət edəcək.
Tədbirin xüsusi qonaqları arasında Ruslan Ağababayev, Samirə Aşumova, Ülviyə Dadaşova, Nərgiz Kərimova, Samirə Dbila-Budaqova, Xəyal Əliyev, Arslan Novrasli, Elvin Başirov və Aleksey Miltıx yer alır.
Biletlər əldə etmək üçün https://iticket.az/events/concerts/ceyla-seyidova/177396