Azad edilən ərazilərdə ziyanların hesablanması istiqamətində monitorinqlər aparılır

İşğaldan azad edilən ərazilərdə təbiətə, təbii ehtiyatlara vurulan ziyanların hesablanması istiqamətində monitorinqlər paralel aparılır.

meqale.com Trend-ə istinadən bildirir ki, bu fikirləri Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi "Ekologiyanın mühafizəsi" başlıqlı mətbuat konfransında çıxış zamanı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə dəymiş ziyanın hesablanması və ödənilməsi əsas prinsiplərdən biridir.

"Bu istiqamətdə həm yerli, həm də beynəlxalq müstəvidə araşdırmalar aparılır. Bu araşdırmaların, monitorinqlərin cavabı yekunlaşdıqdan sonra qanunamüvafiq tədbirlərin görüləvəciyindən əmin ola bilərsiniz. Müvafiq istintaq və cinayət işləri başlanılıb və mütəmadi proseslər aidiyyəti qurumların nəzarətində davam etdirilir", - deyə o qeyd edib.