Məşhur klub İbrahimoviçin oğlunu transfer etdi - FOTO
Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
meqale.com-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Amsterdam təmsilçisi Maksimilian İbrahimoviç ilə müqavilə bağlayıb.
19 yaşlı futbolçu isveçli veteran Zlatan İbrahimoviçin oğludur. Maksimilian son olaraq "Milan"ın gənclər komandasında oynayıb.