Ana sevgilisinə əmr edib qızını öldürtdü
Braziliya ştatında polis dəhşətli cinayətin üstünü açıb. 24 yaşlı Allani Rayane Santos öz anasının göstərişi ilə öldürülüb. Ana mirası itirməkdən qorxduğuna görə belə addım atıb.
meqale.com bildirir ki, qızın meyiti 17 noyabrda tapılıb. Onun əlləri bağlı olub, bədənində isə yaba və bıçaq izləri aşkarlanıb. Müşahidə kameralarına əsasən, Santosun anası ilə münasibətdə olan kişi qətldə şübhəli bilinib. Dindirilmə zamanı o, qadının göstərişi ilə hərəkət etdiyini etiraf edib.
Polisin məlumatına görə, bir müddət əvvəl qızın babası - cinayəti sifariş verdiyi iddia olunan qadının atası - vəfat edib. Mirasda üç ev və böyük məbləğdə pul qalıb. Qadın qızının mirasın hamısını tələb edəcəyini düşünüb və sevgilisinə onun "əmlakdan imtina etməsinə nail olmağı" tapşırıb.