“Alibaba”nın yaradıcısı rekord həddə “kasıblaşıb”
"Alibaba Group"un həmtəsisçisi, çinli milyarder Cek Ma ölkə hakimiyyəti ilə təxminən iki il davam edən münaqişə ucbatından şəxsi sərvətinin 30 milyard dollarını itirib.
meqale.com oxuya istinadən bildirir ki, Çinin mərkəzi bankının Ma-nın həmtəsisçisi olduğu texnoloji nəhəng "Ant Group"a 7,12 milyard yuan (cari məzənnə ilə 985 milyon dollar) cərimə tətbiq etməsindən sonra iş adamının sərvəti kəskin azalıb.
İyulun 12-nə olan məlumata görə, Ma-nın sərvəti təxminən 30 milyard dollar təşkil edir ki, bu da 2020-ci ilin oktyabrı ilə müqayisədə iki dəfə azdır.