Makrona kəsilmiş insan barmağı göndərildi

Yelisey sarayına insan barmağı olan məktub gəlib.

Makrona kəsilmiş insan barmağı göndərildi
Yelisey sarayına insan barmağı olan məktub gəlib.

meqale.com lente istinadən bildirir ki, bu barədə "Valeurs Actuelles" məlumat yayıb.  

İyulun 10-da Sarayın qəbul şöbəsinə poçtla məktub gəlib. Prezident Emmanuel Makrona ünvanlanan zərf açılan zaman içindən insan barmağı çıxıb.  

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibini tapıblar.  

Yelisey Sarayı məsələni şərh etməkdən imtina edib.