"Real"da ciddi İTKİ: nə vaxt oynayacağı bilinmir
İspaniyanın "Real Madrid" klubunun əsas qapıçısı Tibo Kurtua zədələnib.
meqale.com xəbər verir ki, Madrid təmsilçisinin rəsmi açıqlamasına görə, 33 yaşlı belçikalı qapıçının sağ ayağının əzələsində problem aşkarlanıb.
Kurtuanın müalicəsinə artıq başlanılıb. Onun meydana nə vaxt qayıdacağı ilə bağlı dəqiq məlumat verilməyib.