Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ
Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar içərisində aktivlərinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub.
meqale.com bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bankın aktivlərinin həcmi 14,047 milyard manat təşkil edib.
İkinci sırada 12,714 milyard manat aktiv ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 8,967 milyard manat aktivləri ilə "PAŞA Bank" qərarlaşıb.
Aktivləri ən aşağı olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın aktivlərinin həcmi 123,768 milyon manat təşkil edib.