Ağstafa bazarında QAN TÖKÜLDÜ
Ağstafada bıçaqlanma hadisəsi olub.
meqale.com lente istinadən bildirir ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb. Naməlum şəxs şəhər sakini 50 yaşlı Aydın İmaməli oğlu Nəbiyevə iki bıçaq xəsarəti yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.