Açarla döydülər, alnında ilişib qaldı
Argentinada gənclər arasında təşkil olunan futbol matçında görünməmiş insident baş verib.
meqale.com xarici mətbuata istinadla yazır ki keçmiş futbolçu Xonatan Xose Smit qızının oyununu izləyərkən valideynlər və yeniyetmə futbolçular arasında başlayan davanı sakitləşdirməyə çalışıb.
Məhz həmin an başqa bir valideyn onun üstünə hücum edib və əlindəki maşın açarını Smitsa tərəf ataraq açarın onun alnına sancılmasına səbəb olub.
Məlumata görə insident "Berasateqi" idman klubunda yaşanıb. Qırx yaşlı Qaston Omar Alvares adlı şəxs otuz beş yaşlı Smitsa hücum edib.
Keçmiş futbolçu əvvəlcə yaxınlıqdakı xəstəxanaya aparılıb. Həkimlər ona ilkin tibbi yardım göstərib. Daha sonra cərrahlar əməliyyata qərar verib. Açar hadisədən on iki saat sonra uğurla çıxarılıb.
Polis Alvaresi hadisə yerindəcə saxlayıb. Onun üzərində açarın qırılmış hissəsi tapılıb. Alvares barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb və məhkəmə onun həbsdə qalmasına qərar verib.