Məktəblərdə istiliklə bağlı vəziyyət nə yerdədir? - RƏSMİ

Cari tədris ilində istilik mövsümünə hazırlığın təmin olunması məqsədilə ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti öyrənilib. 

Bu barədə meqale.com-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunub ki, müvafiq qurumlarla birgə həyata keçirilən hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığı yoxlanılıb. Eyni zamanda yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində yoxlamalar həyata keçirilib.

"Bildiririk ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, pelet, dizel) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi operativ şəkildə təmin olunur. 450-ə yaxın təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir".